CƏMİYYƏT


Quba sakinindən yarım kiloqramdan çox marixuana götürülüb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda - yəni, ümumi çəkisi yarım kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır