CƏMİYYƏT


Şirvanda polis əməliyyat keçirib, saxlanılan şəxsdə narkotik və saxta pullar aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə keçirilən baxış zamanı heroin, eləcə də 81 ədəd saxta 100 dollarlıq və 15 ədəd saxta 100 manatlıq əskinas aşkarlanaraq maddi sübut kimi götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır