CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan daha 29 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 63 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 550 ədəd psixotrop tərkibli həb, həmçinin kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 91 kiloqram olan 468 ədəd çətənə kolu aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır