CƏMİYYƏT


Ədliyyə naziri Fikrət Məmmədov: Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir

Avropa Şurası insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qoruyucusu kimi özünü Avropanın mənəvi kompası və vicdanı kimi bərqərar edib. Məhz buna görə Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir. Ötən il 20 illiyini qeyd etdiyimiz bu mötəbər təşkilata üzvlüyümüz dövründə ölkəmiz qeyd olunan sahələrdə beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan bir çox nailiyyətlər əldə edib.AZƏRTAC xəbər verir ki, bunu aprelin 5-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planının təqdimetmə mərasiminə həsr edilmiş tədbirdə deyib.