Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Arbat küçəsindəki bina Azərbaycan bayrağının rənglərinə boyanıb

05.04.2022 [16:16]

Rusiya paytaxtı Moskvanın mərkəzi Arbat küçəsində binalardan biri Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb. Binanın bir tərəfində “Rusiya - bayraq - diplomatik münasibətlərin 30 ili”, digər tərəfində isə “Azərbaycan - bayraq - diplomatik münasibətlərin 30 ili” yazısı proyeksiya edilib.