Şuşada son 30 ildə ilk dəfə yamac paraşütündən uçuş həyata keçirilib
06.04.2022 [11:22]
Xəbərin mətni
“2022-ci il Şuşa İli” çərçivəsində Şuşada son 30 ildə ilk dəfə yamac paraşütündən uçuş həyata keçirilib. Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən 1400 metr hündürlükdən yerinə yetirilib.