CƏMİYYƏT


Göyçayda əməliyyat keçirildi, 17 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası, onun qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı birgə silsilə əməliyyatlar keçirilib. Keçirilmiş tədbirlərlə altı nəfər tutularaq məsuliyyətə cəlb edilib, ümumilikdə, 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.