CƏMİYYƏT


Xudatda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Xudat şəhər sakini Elman Qasımovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə, eləcə də avtomobilinə baxış keçirilən zaman xeyli miqdarda tiryək və marixuana aşkar olunaraq götürülüb.