CƏMİYYƏT


Mədinə Paşayeva: Məqsədimiz gəncləri keyfiyyətli informasiya texnologiyaları təhsili ilə təmin etməkdir

Məqsədimiz gəncləri keyfiyyətli informasiya texnologiyaları təhsili ilə təmin etməkdir. Bu fikirləri "Maestro School" proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva bildirib. İşgüzar xanım əlavə edib ki, məktəbin əsas istiqaməti full stack proqramçıların formalaşmasına yönəlib. İnformasiya texnologiyaları sahəsinə aid aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası “Maestro School”un əsas üstün cəhətlərini təşkil edir. Mərkəzdə Robototexnika, IT Start, Oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, Mobil tətbiqlərin tərtibatçısı, “Wix, Scratch”, “UI& UX Dizayn”, Programming uşaqlar üçün, Programming yeniyetmələr üçün, Kiber təhlükəsizlik, “Data Science” proqramları tədris olunacaq."Maestro School"un missiyası gənc nəslin dünyaya innovasiyalar gətirməsi üçün onların bilik və bacarıqlarını inkişaf etdirməsinə təkan verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır