CƏMİYYƏT


Qədim samovarları oğurlayıb polisə yalan məlumat versə də, cinayət əməlinin üstü açıldı

İsmayıllı rayonunun Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını söyləyib. Gözətçinin dediyinə görə, maskalı naməlum şəxslər onu döyərək Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır