CƏMİYYƏT


Xətai və Nəsimi rayonlarında narkotik maddələrin satışı ilə məşğul olan daha 5 nəfər saxlanılıb

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqram kokain, heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər götürülüb. Əməliyyatlar zamanı saxlanılan Musa Abdullayevdən külli miqdarda yüksək təsiredici xassəyə malik kokain, 130 ədəd psixotrop tərkibli həb, Mahir Abdullayev, Əli Əliyev və Faiq Əliyevdən də müxtəlif xassəli narkotik vasitələr aşkar olunub.