CƏMİYYƏT


Polis paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında Bakı və Sumqayıt şəhərləri, eləcə də Qəbələ rayonunda keçirilən tədbirlər zamanı Elvin Kərimov, Rüstəm Kərimov, Akif Abzərov, Vüsal Cəfərov və Aslan Hüseynov tutulublar. Elvin Kərimovdan 1 ədəd “TT” markalı tapança 8 ədəd patron, 1 ədəd daraq, Rüstəm Kərimovdan isə 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng, həmin silahlara məxsus 43 ədəd patron aşkar edilib. Sumqayıt şəhərində keçirilən tədbir zamanı salxanılan Aslan Hüseynovdan 1 ədəd “Naqan” markalı tapança və 2 ədəd patron aşkar olunaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır