SİYASƏT


Azərbaycanın İrandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub

Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycanın İrandakı səfirliyində yerli mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.AZƏRTAC xəbər verir ki, Ağdamın Cümə məscidində azanın səsləndirilməsi və Şuşa şəhərinin videogörüntüləri ilə açılan iftar mərasimində çıxış edən İrandakı səfirimiz Əli Əlizadə Azərbaycanın İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğunu vurğulayıb.