SİYASƏT


Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Vyetnamda anılıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Vyetnam Simfonik Orkestri üzvlərinin ifasında klassik musiqi gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertdə Azərbaycanın məşhur bəstəkarlarının əsərləri ifa edilib. Konsertə tamaşa edənlər arasında Vyetnamın hakim partiya və parlament nümayəndələri, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının məsul əməkdaşları, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının, Azərbaycanın Elm, Mədəniyyət və Tarixi üzrə Mərkəzinin üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, beyin mərkəzlərinin və təhsil ocaqlarının başçıları, habelə jurnalistlər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır