SİYASƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Madriddə qeyd edilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən Madriddə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, İspaniya ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.