CƏMİYYƏT


Şəhid Elmir Ağayevin xatirəsi anılıb

Şəhid Elmir Rasim oğlu Ağayevin doğum günündə xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elmir Ağayevin anım mərasimində ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, kənd məktəbinin kollektivi, döyüş yoldaşları, şəhid ailələri, birinci və ikinci Qarabağ müharibələrinin qaziləri və kənd sakinləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır