SİYASƏT


Bakı Forumu çərçivəsində “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda müzakirələr aparılıb

IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 18-də “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Fransis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında diqqətin iqtisadi bərabərsizliklər üzərində cəmləşdirilməsi, azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər, sərvət və gəlirlərdə qeyri-bərabərliklər, varlılar üçün vergi sığınacaqlarının qarşısının alınması və vergi sistemində daha böyük bərabərlik yaradılması məqsədilə qlobal vergi rejiminin dəyişdirilməsi, müvafiq konvensiyalarda təsbit edilmiş qlobal vergi tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsi, bu sahədə görülən tədbirlərin istənilən məsələdə və hesablamada ən aztəminatlı təbəqə olaraq qalan yoxsullara fayda verməsinin nə dərəcədə təmin edilə bilməsi, həmçinin digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.