Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı beynəlxalq konfrans keçirilib

05.07.2022 [12:54]

Xəbərin mətni

“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilib.
Tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, konfransda Xəzəryanı ölkələrin mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici ekspertlər iştirak ediblər.