Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqqas, aktyor və idmançı fiziki məhdudiyyətli gənc

12.07.2022 [18:27]

AZƏRTAC-ın “Biz də hamı kimiyik” layihəsinin bu dəfəki qəhrəmanı 3 fərqli sahə üzrə məşğul olan istedadlı gənc Rəsul Zəkiyevdir. Əlil arabasında rəqs edən, teatr tamaşalarında bir-birindən maraqlı obrazlar yaradan və ağır atletika ilə məşğul olan Rəsulun ən böyük arzusu bu idman növü üzrə ölkəmizi beynəlxalq yarışlarda təmsil etməkdir.