DÜNYA


"Yüz min nəslin atası" Konfusinin Vətənində

Tarix boyu filosoflar, mütəfəkkirlər bəşəriyyətin, ayrı-ayrı xalqların inkişafında, maariflərnməsində, dünyagörüşünün formalaşmasında böyük rol oyanyıblar. Belə mütəfəkkirlərdən biri də Kon müəllim və ya Konfusidir. Eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış Konfusiyə qədər Çin fəlsəfi sisteminə təsir göstərmiş başqa bir mütəfəkkir tapmaq çətindir. Çində "yüz min nəslin atası" adlandırılan Konfusi dünya düşüncə və fəlsəfə tarixinə ən sirli, nüfuzlu şəxslərdən biri kimi daxil olub. İdeyaları ilə Çin, eləcə də Şərqi Asiya xalqlarının həyatına təsir edən Konfusinin əsərləri yüz illərdir insanları düşünməyə vadar edir. O, uzun illər bütün ölkə boyunca səyahət etmiş, öyrəndiyi elmləri sistemləşdirərək, öz fəlsəfəsini yaratmışdı. Konfusi insanlara ədalət və bərabərlik qaydalarını öyrədirdi. Onun əsərləri o qədər məşhur idi ki, imperator ailəsi və digər tanınmış xadimlər uzun illər onların yayılmasına şərait yaradaraq sədaqət, böyüklərə hörmət kimi konfusizm ideyalarının təbliğinə çalışırdılar.