Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yaponiya televiziyası “Sanço çərpələngləri”nin Azərbaycan səmasında nümayişi barədə xüsusi süjet yayıb

19.08.2022 [12:29]

Xəbərin mətni

Yaponiyanın “Ux Tv” televiziyası Niiqata prefekturasının “Sanço çərpələngləri”nin Azərbaycan səmasında nümayişi barədə xüsusi süjet yayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil edilən nümayişin yerli sakinlər tərəfindən böyük maraqla qarşılandığı xüsusi vurğulanır. Bildirilir ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.