MƏDƏNİYYƏT


Bədii estetik münasibətin əl işi ilə ifadəsi - Heykəllər

Heykəltəraşlıq sənəti bəşər tarixinin canlı şahidi olmaqla yanaşı, həm də insanların ətraf aləmə bədii estetik münasibətinin ifadəsidir. 30 ildən çoxdur bu peşə ilə məşğul olan Teymur Qəribov deyir ki, hazırda əl işlərinə maraq olduqca çoxdur. Müxtəlif cərəyanlar üzərində işləyən T.Qəribov onu da qeyd edib ki, bu əsərlər 10 gün və ya daha uzun müddətə hazırlanır. Teymur Qəribovun emalatxanasından sonra daş üzərində əsrarəngiz görüntülər yaradan Fərid Ramazanovun sənət aləminə yollandıq. Onun müxtəlif ölçülü və rəngli daşlardan əl əməyi, göz nuru ilə hazırladığı işlər dörd-beş aya ərsəyə gəlir.