MƏDƏNİYYƏT


Misirli tarixçi alim Azərbaycan tarixi haqqında proqram hazırlayıb

Misirli tarixçi alim, İsgəndəriyyə Kitabxanasının əməkdaşı Xalid Azab özünün “Mədəniyyət və kitablar” yutub kanalında Azərbaycan tarixi haqqında proqram yayımlayıb.
AZƏRTAC xəbər verir ki, misirli alim Səfəvilər dövləti, Əfşar imperiyası və Qacar dövləti barədə ərəbdilli tamaşaçılarına ətraflı məlumat verib, Nadir şah Əfşar, Ağaməhəmməd Şah Qacar kimi fateh hökmdarların həyatından bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır