MƏDƏNİYYƏT


Masallının faydaları saymaqla bitməyən məşhur istisuyu

Masallı rayonu ölkəmizin dilbər guşələrindəndir. Füsunkar gözəlliyə sahib olan bu rayon təbiəti, o cümlədən göz oxşayan dağları, meşələri, şəfalı termal suları ilə də məşhurdur. Belə sulardan biri də şəhərdən 13 kilometr məsafədə çıxır.
AZƏRTAC xəbər verir ki, qayalıqlardan təbii formada çıxan məşhur istisu dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir.
Qədim dövrlərdən bu günə kimi yerli sakinlər bu sudan müalicəvi vasitə kimi istifadə edirlər.