MƏDƏNİYYƏT


Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi silsilə tədbirlərlə qeyd olunur

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qazaxıstan Bakıdakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində həm də ölkənin milli mədəni tarixi, turizm potensialı, təhsil və mədəniyyət sahəsində də müxtəlif memorandumlar imzalanıb.
Bu gün qazaxıstanlı və azərbaycanlı qonaqların iştirakı ilə Şimkənt şəhərinin turizm potensialının təşviqi və təqdimatı məqsədilə ROAD-show sərgisi açılıb. Tədbirdə Şimkənt şəhərinin akimi Aybek Sattıbayev, şəhərin maslihat katibi Baxadır Narımbetov, turizm idarəsinin rəhbəri Yerlan Kıdırov, biznes dairələri, “AIR ASTANA” aviaşirkətinin, SANDYQ etno-restoranın nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.