Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Euronews” Şəki şəhərindən və İsmayıllıdan maraqlı reportaj hazırlayıb

27.08.2022 [14:34]

Fransa və Avropanın məşhur telekanalı olan “Euronews” Azərbaycandan, o cümlədən Şəki şəhərindən və İsmayıllıdan maraqlı reportaj hazırlayıb.
Tanınmış reportyor Monika Pinna reportajda Qafqaz dağlarından Xəzər dənizinin sahillərinə qədər səyahəti zamanı şahidi olduğu Azərbaycanın zəngin ənənələri haqqında ətraflı məlumat verib.