MƏDƏNİYYƏT


“Şuşa yaradıcılıq emalatxanası”nın iştirakçıları Şuşa şəhəri ilə yaxından tanış olublar

Avqustun 28-də “Şuşa yaradıcılıq emalatxanası” layihəsi çərçivəsində bir sıra yaradıcı insanlar Mədəniyyət paytaxtımız Şuşa şəhərini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa şəhərinin görməli yerləri –Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, Şuşa qala divarlarını ziyarət edib, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.