Füzuli Muğam Mərkəzində Fikrət Əmirovun 100 illiyi qeyd edilib
01.09.2022 [17:11]
Xəbərin mətni
Horadiz şəhər Muğam Mərkəzində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin təşkilatçılığı və Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli rayon nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib.