Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədi rayonunda “Azərsu”ya məxsus su sayğaclarını oğurlayan və qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar

05.09.2022 [12:23]

Xəbərin mətni

Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayətləri törədən əvvəllər də oğurluq və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş Qədir Hüseynov tutulub.