CƏMİYYƏT


Professor Elçin Əhmədov “La Gazette” portalına müsahibəsində Şuşada iki əsr yaşı olan evlərinin yer üzündən silinməsindən bəhs edib

Fransada fəaliyyət göstərən “La Gazette” portalı professor Elçin Əhmədovun Şuşadan müsahibəsinin üçüncü hissəsini yayıb.
AZƏRTAC xəbər verir ki, “La Gazette” portalının “Yer üzündən silinmiş ev” sərlövhəli yazısında və videomüsahibədə professor Elçin Əhmədov tərəfindən Şuşadakı 17 məhəllədən biri olan Mamayı məhəlləsi, bulağı və həmin məhəllədəki yaşadığı evin hazırkı vəziyyəti haqqında məlumat verilib.