CƏMİYYƏT


Balakəndə bir gecədə 2 mağazanı qarət edən şəxs saxlanılıb

Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən, ümumilikdə, 1100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub.