CƏMİYYƏT


Böyük Qayıdış: Sabah daha 12 ailə Zəngilanın Ağalı kəndinə yola düşəcək

Sentyabrın 7-də Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılacaq. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüləcək. On iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşəcək. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək.