Polis ötən gecə “Papanin”də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib
07.09.2022 [15:50]
Xəbərin mətni
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ötən gecə rayonun “Papanin” kimi tanınan Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Murad Muxtarov, Ədalət Camalov, Dilavər Qasımov, Rauf Mirzəyev, Zülfi Xəlfəquliyev və Faiq Sadıqov tutulublar.