Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafalı fermerlər günəbaxan sahələrindən bol məhsul götürürlər

08.09.2022 [10:12]

Xəbərin mətni

Günəbaxan gəlirli kənd təsərrüfatı bitkilərindən biridir. Hazırda Ağstafa rayonunda bu bitkinin yığımı yekunlaşmaq üzrədir. Texnikalar sahədən təxminən 1 hektardan 2-2,5 tona qədər məhsul yığır.AZƏRTAC xəbər verir ki, bu il Ağstafa rayonunda 1166 hektar sahədə günəbaxan becərilib. Bu rəqəm ötən ilkindən 136 hektar çoxdur. Məhsulun yığımı kombaynlar vasitəsilə həyata keçirilir. Bitkinin yığımına keçən ayın ortalarından start verilib.