CƏMİYYƏT


“Instagram”da qadınları şantaj edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta “instaqram” hesablarında yaydığı barədə məlumatlar daxil olub.
Həmin məlumatlar əsasında həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb.