CƏMİYYƏT


Gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirib

Gənclərimizdə milli vətənpərvərlik hisslərinin necə yüksək olmasını 2020-ci ilin sentyabr-noyabr aylarında gördük. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altındakı ərazilərin qeyd-şərtsiz boşaldılması, münaqişənin həlli prosesinə Türkiyənin də cəlb edilməsi, Naxçıvanı blokadadan çıxaracaq dəhlizin yaradılması kimi bəndlərin yer aldığı bəyanatın Ermənistanın baş naziri tərəfindən imzalanması Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır