CƏMİYYƏT


Son 14 gündə 29 narkotacir tutulub, onlardan 120 kiloqram narkotik maddə aşkar edilib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən və onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən mütəşəkkil dəstənin daha 29 nəfər üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 7057 ədəd psixotrop tərkibli həb aşkar edilib.