MƏDƏNİYYƏT


Osmanlı İmperiyasının ilk paytaxtı Türkiyənin Bursa şəhəri

2022-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilən Bursa Türkiyənin əhali sayına görə ən sıx dördüncü şəhəridir. İqtisadi baxımdan Türkiyənin ən inkişaf etmiş şəhərləri arasında yer alan Bursa təbiət və tarixi zənginlikləri ilə də xüsusi əhəmiyyətə malikdir. Elə bu səbəbdən də şəhərə turist axını durmadan davam edir.Mərmərə bölgəsinin İstanbuldan sonra ikinci ən böyük şəhəri, Türkiyənin isə bir neçə ən əhəmiyyətli sənaye şəhərlərindən biri olan Bursa qardaş ölkə üzrə İstanbuldan sonra ikinci ən böyük ixracatı həyata keçirir.1326-cı ildə Osmanlı İmperiyasının qurucusu Osman padişahın oğlu Orxan qazi tərəfindən fəth edilən Bursa 1335-ci ildə imperiyanın paytaxtı elan edilir.