CƏMİYYƏT


Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 27 nəfər saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında son 1 həftə ərzində “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri, Mirzə Davud, Məhəmməd Hadi küçələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib.