Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya səyyahları erməni işğalından azad edilən Xudafərin körpüsündə olublar

10.09.2022 [15:35]

Xəbərin mətni

Azərbaycanda olan dünya səyyahlarının işğaldan azad edilən ərazilərə səfərinin son dayanacağı Cəbrayıl rayonu olub. Onlar Xudafərin körpüsü ilə yaxından tanış olublar.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.