CƏMİYYƏT


Şərqi Zəngəzura qayıdış: 13 ailədən ibarət növbəti köç karvanı Ağalıya çatıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 13 ailədən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb.