CƏMİYYƏT


Ağalı kəndi daha 62 sakinini qoynuna alıb

İşğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 62 nəfərdən ibarən daha 13 ailə köçürülüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 29 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.