CƏMİYYƏT


Çarlz Billi: Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə böyük işlər görür

İşğaldan azad edilmiş ərazilərə səfər etmək bizim üçün böyük şans idi. Məyusedici haldır ki, yerli əhali hələ də bu ərazilərə rahat şəkildə səyahət edə bilmirlər və 30 il ərzində gedə bilməyiblər.AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şərqi Zəngəzur İqtisadi rayonuna səfər etmiş "MTP" klubunun rəhbəri Çarlz Billi söyləyib.