Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə ölkəmizin mədəniyyəti təbliğ olunub

11.09.2022 [12:54]

Xəbərin mətni

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu”nda təmsil edib.AZƏRTAC xəbər verir ki, ənənəvi “Assosiasiyalar forumu” adlı mədəniyyət tədbiri Parisin 15-ci rayonunun meriyasının qarşısındakı meydanda təşkil olunub. Burada müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən stendlər qurulub. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib.