CƏMİYYƏT


Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib. Hadisə axşam saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürücü Bakı şəhər sakini 29 yaşlı Rauf Kamal oğlu Bəkirov “Hyundai” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, əvvəlcə qarşısında hərəkətdə olan qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “Ford” markalı mikroavtobusa çırpılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır