CƏMİYYƏT


Laçın obalarında suvarma suyunun verilişi yaxşılaşdırılıb

1990-cı ildə Ağcabədi rayonu ərazisində yaradılan Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən hər il mütəmadi olaraq meliorativ tədbirlər davam edir. Suvarmaya yararlı sahələr 18510 hektardır. Onun 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.