MƏDƏNİYYƏT


“Azərbaycan” pavilyonunda “Moskva-Bakı: iki sevgi şəhəri” festivalı keçirilib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: iki sevgi şəhəri” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-11-də Moskva şəhərinin 875 illiyinə həsr olunmuş tədbir “Azərbaycan” pavilyonu, “MBA-Moskva” Bankı, “Sergey Andriyakanın Akvarel və Zərif Sənətlər Akademiyası”, “Restomarket by Vasilchuk Brothers” tərəfindən birgə təşkil edilib.