CƏMİYYƏT


Sertifikatlı toxum olarsa, məhsuldarlığı iki dəfə artırmaq olar - Astarada çəltik yığımı davam edir

Astarada 200 hektardan çox çəltik əkilən sahədə məhsul yığımı davam edir. Havaların mülayim keçməsi və çəltik sahələrinə düzgün aqrotexniki qulluq sayəsində bol məhsul yetişdirilib. Əkində yerli iqlimə uyğun “Haşımi”, “Apola”, “Gülanə”, “Xəzər”, “Meko” və “Sədri” toxum növlərinə üstünlük verilir.AZƏRTAC xəbər verir ki, ekoloji təmiz, təbii Astara düyüsü əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Pensər, Şiyəkəran kəndlərində yetişdirilir. Bu il təkcə Artupada 55 hektar sahədə çəltik əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır