CƏMİYYƏT


Şəhid Nəzər Əzizov Kürdəmirdə torpağa tapşırılıb

Kürdəmirdə Azərbaycan Ordusunun giziri, şəhid Nəzər Ağacəlil oğlu Əzizovun dəfn mərasimi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Nəzər Əzizovun nəşi boya-başa çatdığı Dəyirmanlı kəndindəki evinə gətirilib, sonra isə rayonun Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, eləcə də şəhidlə bir yerdə xidmət edən hərbçilər iştirak ediblər. Mərasimdə iştirak edən izdihamlı kütlə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndiriblər.