CƏMİYYƏT


Şəhid Yunis Kazımov son mənzilə böyük izdihamla yola salınıb

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Yunis Kazımov Qazax rayonunun Kəmərli kəndində dəfn edilib. Yunis Kazımov son mənzilə böyük izdihamla yola salınıb.AZƏRTAC xəbər verir ki, şəhid Yunis Kazımovla vida mərasiminə toplaşanlar onu ehtiram və sevgi ilə yola salıblar. Mərasimdə rayon rəhbərliyi, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.